Masallıda iki uşaq göldə boğuldu

Su

Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.

Bu gün saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

XALQ.AZ-ın məlumatına görə, uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılaraq, valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.