Masallıda şəhidimiz belə anıldı

Masallı rayonu Banbaşı kəndində Şəhid Akifzadə Elmir Gündüz oğlun adına bulağın açılış mərasimi keçirildi. Açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd camaatı iştirak edirdi. Çıxış edənlər Şəhidin qəhrəmanlıq yolundan və dövlətin şəhid ailələrinə qayğısından söz açdılar. Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq.