Masallıda yeniyetmələr göldə boğuldular

Boguldu

Dünən axşam Masallıda yeniyetmələrin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

XALQ.AZ-ın verdiyi məlumata görə, hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb.

Boğulanlar Bakı şəhər sakinləri – 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur.

Onlar göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.