Maşın ağaca çırpıldı: ölən var

Qeza-4

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

XALQ.AZ-ın məlumatına görə, hadisə Xudat-Nabran yolunun 4-cü kilometrliyində olub.

Xaçmaz şəhər sakini Novruzov Rəşad İslam oğlu idarə etdiyi “Nissan” markalı “27 AA 166” dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirib və nəticədə ağaca çırpılıb.

Qəza nəticəsində Mançaroba kənd sakini 22 yaşlı Ağamirzəyev Kamil İsmət oğlu ölüb. Sürücü isə yaralanıb. Onu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Alınan məlumata görə, maşında olan 5 nəfərdən 3-ü yaralanmayıb.

Faktla bağlı araşdırma aparılır.