Maxi.az şirkətindən şikayət var – 2 dəfə ödəniş alındı

Özünü Elvin Lewandowski kimi təqdim edən istifadəçi Facebook sosial şəbəkəsində aktiv olan “Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

XALQ.AZ Maxi.az şirkətinin işindən ( red.elektronika və məişət texnikası satan internet mağazası) narazı olan istifadəçinin məktubunu təqdim edir:

“Şikayətim Maxi.az şirkətindəndir. 2020-ci ilin 20 aprelində ordan televizor, playstation 4, gaming headset (oyun üçün qulaqlıq) sifariş verdim. Ümumi məbləğ 1.117 AZN edirdi.

Ödənişin 1000 manatını “BirKart” vasitəsi ilə, 117 AZN-i isə nəğd şəkildə olunacaqdı. 1000 AZN-i mağaza əməkdaşı 24 aylıq faizsiz taksitlərə böləcəkdi. Onun etdiyi səhf nəticəsində 1000 AZN birdəfəlik ödəniş kimi çıxdı”.

Mağaza əməkdaşının səhvi ucbatından iki dəfə ödəiş etmək məcburiyyətində qalan istifadəçi fikrini belə davam etdirib: 

“Ödəniş olunduqdan sonra həmin əməkdaş bildirdi ki, “məbləğ taksitlərə bölünmədi, bu mənim səhvimdir. İndi pulu geri qaytarıb məbləği yenidən taksitlərə bölərəm”

1 dəqiqə sonra isə söylədi ki, pul həmin dəqiqə karta oturur. Bu üzdən 2-ci dəfə ödəniş olundu. Bu dəfə isə 1000 AZN 24 aylıq taksit şəklində çıxdı.

Telefonum sönülü olduğundan gəlib gedən sms-ləri görmədim. Axşam isə mənə məlum oldu ki, kartdan pul çıxılıb, özü də 2 dəfə. Zəng edirəm, deyirlər, yoluna qoyacağıq, həll edəcəyik.”

Məktubunun sonunda Elvin Lewandowski onu təəccübləndirən bir məqamı da diqqətə çatdırıb:

“Onu da qeyd edim ki, “BirKart” 1000 AZN nəğd, 1000 AZN kartla ödəmək şərti ilə verilmişdi mənə. O üzdən 2000 AZN-inbirdəfəlik çıxması məndə təəccüb doğurdu.”