MDB-nin yeni qaynar nöqtəsi

MDB

Tacikistanın tərkibində olan Dağlıq Bədəxşan Muxtar Vilayətinin (DBMV) mərkəzi Xoroq şəhərində bu gün atışma olub.

XALQ.AZ-ın məlumatına görə, tacik hüquq-mühafizə orqanları içərisində yerli pamirlilər olan avtomobilə atəş açıblar. Hadisə nəticəsində iki nəfər həlak olub, yaralananların sayı isə dəqiqləşdirlir.

Milisin əməli yerli sakinləri özündən çıxarıb və min beş yüz nəfərə qədər insan şəhər mərkəzinə yığışıb. Mitinqçilər Düşənbədən günahkarların cəzalandırmağı tələb edirlər.

Həmin dəqiqlərdə naməlum şəxslər şəhər milis şöbəsini və vilayət məhkəməsinin binasını yandırıblar. Şəhərin əsas yolu bağlanıb və atışma səsləri eşidilir.

220 mindən artıq insanın yaşadığı Dağlıq Bədəxşan Muxtar Vilayətinin əhalisi ismaili şiələridir. Onlar regional Pamir dillərində danışırlar. Sifət quruluşuna görə avropalılara bənzəyən pamirlilər taciklərdən xarici görünüşlə də fərqlənirlər. 1990-cı illərdə muxtar vilayətlə Tacikistan arasında olan narazılıqlar 2000-ci illərin ortalarında anlaşma ilə başa çatmışdı.