MDB PA-dakı nümayəndə heyətinə Sahibə Qafarovanın rəhbərlik edəcək

Azərbaycanı-Milli Məclisi (MM) MDB Parlamentlərarası Assambleyasında (PA) spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

XALQ.AZ-ın xəbərinə görə, digər beynəlxalq və regional təşkilatlardan fərqli olaraq, MDB PA yeganə qurumdur ki,orada nümayəndə heyətlərinə məhz spikerlər, üzv dövlətlərin parlament sədrləri rəhbərlik edirlər.

Bu səbəbdən də, MDB PA-dakı nümayəndə heyətinə spiker S. Qarafova rəhbərlik edəcək.

Eyni zamanda, MDB PA Azərbaycanın ən çox parlamentari ilə təmsil olunduğu təşkilatdır.

Nümayəndə heyətinin tərkibinə gəlincə, həm əvvəlki heyətin üzvlərindən bəziləri, həm də bu heyətdə olmayan və yeni seçilən bir sıra millət vəkilləri burada yer alacaqlar.

Nümayəndə heyətinin tərkibinin bu-gün sabah təsdiqlənəcəyi və açıqlanacağı gözlənilir.

Onu da qeyd edək ki, Azərbaycan MBD PA-da ölkəmiz ikinci dəfə MDB-yə daxil olduqdan sonra- 1993-cü ilin axırlarından təmsil olunur.