“Mediasiya haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi

Milli Məclisinin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 
XALQ.AZ  xəbər verir ki, qanun layihəsi 5 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Müzakirələrdən sonra layihə I oxunuşda qəbul olunub.

Orxan