iyulun 18-də Bakının Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində 4 yaşlı Gülay Məmmədlinin hovuzda boğulması ilə bağlı məlumat yayılmışdı.
Mərkəzin baş meneceri Hüseyn Zairov açıqlama verərək bildirib ki, baş vermiş bədbəxt hadisənin Gülay Məmmədlinin ailə üzvləri ilə yanaşı mərkəzin də bütün işçi heyətini həddindən artıq sarsıdıb.
Onun sözlərinə görə, bu 4 yaşlı Gülayın hovuza 9-cu gəlişi idi: “Naməlum səbəblərdən hovuzda Gülayın halı qəflətən pisləşib. Tərəfimizdən dərhal tədbirlər görülüb, təcili tibbi yardım çağırılıb və uşaq Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Kədər və təəsüf hissi ilə bildirirəm ki, səhəri gün Gülay dünyasını dəyişib. Bu hadisənin nə səbəbdən baş verməsi barədə tibbi ekspertizanın rəyi olmadan heç bir söz deyə bilmirik”.
Menecer barədə tənbeh tədbirləri görülüb. Biz mətbuatdan və vətəndaşlardan çox xahiş edirik ki, məsələyə bu səpkidə yanaşsınlar. Dəqiq araşdırma hüquq-mühafizə orqanları tərəfindən aparılır. Əməkdaşımız tərəfindən verilən dəqiqləşdirilməmiş məlumatlara görə üzrxahlıq edirik. Mən də öz adımdan, bütün mərkəzin əməkdaşları adından Gülay Məmmədlinin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Dərdləri bizim dərdimizdir”.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.