Məhəmməd Qəribli mükafata layiq görüldü
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı “Gülüstan” Sarayında özünün ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” adlı motivasiya yönümlü növbəti tədbirini keçirib.
Veysəloğlu Şirkətlər Qrupu mətbuat xidmətinin rəhbəri Məhəmməd Qəribli bildirib ki, bu tədbirdə eyni zamanda Şirkətlər Qrupunda həyata keçirilən layihələr dəyərləndirilib. Mənim müəllifi olduğum “Media ilə əməkdaşlıq modeli” adlı layihə “Ən yaxşı piar təşəbbüsü” nominasiyasında qalib elan olunub.
Məhəmməd Qəribli komandamıza bu mükafatı Veysəloğlu Şirkətlər Qrupunin təsisçisi və Baş direktoru Aydın Talıbov təqdim etdi. Verilən bu yüksək dəyərə görə, komandamız adından dərin təşəkkürümüzü bildiririk deyə qeyd edib.