Mehriban Əliyeva: “Gürcüstana dərin minnətdarlığımı bildirirəm”

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.

XALQ.AZ-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Birinci vitse-prezident Mehriban Əliyeva: Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! (FOTO) - Gallery Image

XALQ.AZ