Mehriban Əliyeva Xalq artisti ilə bağlı tapşırıq verdi

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə XALQ.AZ gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.