Məktəblilər narazıdır-Şikayət-Video
Şabran şəhərində Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanması ilə bağlı yayılan xəbər valideynlərin narazılığına səbəb olub.
XALQ. AZ xəbər verir ki, onlar bu barədə Baku TV-yə bildiriblər. Məktəbin qarşısına toplaşan valideynlər qeyd ediblər ki, yayılan şayiələrə görə, sözügedən məktəbi lisey edəcəklər.
Bu məktəbin yüksək nəticələrinə görə seçildiyini deyən şikayətçilər övladlarının başqa məktəblərə köçürüləcəyindən narahatdırlar: “Valideynlər olaraq biz iclasda bu xəbərə etirazımızı bildirib, sözümüzü demişik. Bizim maddi cəhətdən imkanımız yoxdur ki, uşaqlarımız üçün taksi tutaq, onları başqa məktəbə qoyaq”.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinfə qədər 1-ci korpusda, 10-11-ci siniflər isə 2-ci korpusda təhsil alacaqlar”
Daha ətraflı süjetdə: