media-26jpg-1739343342

Rüstəm Xəlilovun növbəti qəbulu keçirildi

 

Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə keçirilən səyyar görüşlərin önəminə toxunan İcra başçısı bildirib ki, səyyar görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.

 

Yenikənd kənd tam orta məktəbinin binasında keçirilən səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən vətəndaşlar dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

 

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.


media-ads-728x90

Bənzər xəbərlər