Meriyanın qarşısında «yaşıl soyqırım»-FOTO

 

 

88

İstiqlaliyyət küçəsindəki bütün ağacları kəsirlər, Hacıbala Abutalıbovun tədbir görməməsi təəccüb doğurur Son günlər Bakı şəhərində davamlı olaraq yaşıllıqların kütləvi şəkildə məhv edilməsi halları müşahidə olunur.

Xalq.az xəbər verir ki, Nəbatət Bağında baş verən yaşıl soyqırımın ardından, analoji proses paytaxtın mərkəzinə keçib. Özü də Şəhər İcra Hakimiyyətinin düz gözü qarşısında baş verir. Xal.az-a daxil olan məlumata görə, meriyanın qarşısından keçən İstiqlaliyyət küçəsində yaşı bir xeyli olan ağacların kütləvi şəkildə məhv edilməsi qeydə alınıb. Məlumatlarda deyilir ki, bu prosesin kim tərəfindən həyata keçirildiyi məlum deyil. Həmin ağacların bir qismi Ümummilli Lider Heydər Əliyev tərəfindən əkildiyi vurğulanır. Maraqlıdır ki, Bakı meri Hacıbala Abutalıbovun gözü qarşısında baş verən bu olayların qarşısının alınmaması təəccüb doğurur. Ən azından mer onun əyləşdiyi binanın qarşısında ağacların kəsilməsinin qarşısını ala bilər. Lakin hər hansı bir tədbir görülmür.