Merkel karantinə alındı

Almaniya kansleri Angela Merkel koronavirus şübhəsilə ev şəraitində karantinə alınıb.

XALQ.AZ xəbər verir ki, bir neçə gün əvvəl Merkeli müayinə edən həkimdə virusa yoluxma halı aşkarlanıb. Bu səbəbdən kansler bir müddət evdə fəaliyyətini davam etdirəcək və koronavirusla bağlı tibbi yoxlanışdan keçiriləcək.