“Meta” gündəlik cərimə olunacaq

Norveç “Meta” şirkətini gündəlik 98 min 500 dollar cərimə etməklə bağlı qərar qəbul edib.
Buna səbəb, şirkətin “istifadəçi gizliliyi” qaydalarını pozması olub.
Daha əvvəl “Meta” şirkəti tərəfindən edilən açıqlamada Norveçdə olan istifadəçilərin gizli bilgilərin toplanılmayacağı bildirilsə də, buna əməl edilməyib.
Buna görə də Norveç hökuməti avqustun 14-dən etibarən şirkəti hər gün 98 min 500 dollar cərimə edəcək.
Qeyd edək ki, cərimə tətbiqinin noyabrın 3-nə dək davam edəcəyi bildirilir.