Metro sərnişinlərinə şad xəbər

Sentyabr ayında “Bakı Metropoliteni” yeni iş qrafikinə keçəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar qatarlar arasında interval azalacaq:

“Dərslər başlayandan sonra gur saatlarda qatarlar arasındakı interval 2 dəqiqə olacaq. Hazırda yeni qrafik hazırlanır. Ağır və zəhmət tələb edən işdir. Çünki sadəcə biri getdi, o biri gəldi deyil. Kompleks yanaşma ilə texniki nüansları çoxdur. Mürəkkəb və geniş məsələdir”.