Metroda bomba həyəcanı

19

 

 

Ukrayna paytaxtında iki metro stansiyası bağlanıb. ANS PRESS-in “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Kiyevin “Kreşatik” və “Maydan Nezalejnosti” metro stansiyalarının bağlanmasına səbəb mina qoyulması xəbəridir. Stansiyasiyaların bütün giriş-çıxışlarının bağlandığı, polis tərəfindən axtarış aparıldığı xəbər verilir.

Daha əvvəl təxminən günorta saatlarında Kiyev metrosuna bomba qoyulması ilə bağlı anonim zəngdən sonra 3 stansiya “Teatralnaya”, “Kreşatik” və “Maydan Nezalejnosti”stansiyaları bir müddət bağlanmışdı. Lakin bir neçə saatlıq axtarışlardan sonra heç bir partlayıcı aşkar edilməmişdi.