Metroda kişi öldü

 

75

Bu gün səhər saat 08:00 radələrində Bakı Metropolitenində ölüm halı baş verib. xəbər verir ki, hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, metronun “Koroğlu” stansiyasında qatarda 62 yaşlı kişinin halı qəfil pisləşib. 

 

Dərhal onu platformaya çıxarıblar. Kişinin halı getdikcə pisləşdiyindən hadisə yerinə təcili yardım həkimləri çağırılıb.

Təcili yardım hadisə yerinə çatana qədər kişi dünyasını dəyişib. Hadisə insanların gözü qarşısında baş verib.

İlkin ehtimala görə, kişi ürək çatışmazlığından ölüb.

Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, ölən şəxs 1952- ci il təvəllüdlü Seyidbəyli Nazim Ağakamil oğludur. O, Bakı sakinidir.