Metroda ölü sayı 20-yə çatdı (FOTO)

M-22

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə zamanı ölənlərin sayı 20-yə çatıb.

XALQ.AZ-ın məlumatına görə, metronun “Slavyanskıy bulvar” stansiyasında qatarın relsdən çıxması nəticəsində yaralananların sayı 163 nəfər olub. Yaralılardan 121 nəfər xəstəxanalara yerləşdirilib.

İlkin ehtimala görə, hadisə maşinistin qəfil əyləcdən istifadə etdiyi zaman baş verib.

Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” – “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” – “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.

Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdır. Onların həyatda qalmalarına ümid olduqca azdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

M-11

M-22

M-33

M-44

M-55

M-66

M-77

M-88

M-99