Metrodan istifadə edənlərin sayı azalıb

Metro açıldıqdan sonrakı müddətdə ötən ilki dövrlə müqayisədə iki dəfə az sərnişin daşınıb.

“XALQ.AZ” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişindaşıma bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.

İki həftə ərzində təxminən bir gündə 350-400 min sərnişin daşınıb. “8 Noyabr” stansiyasına isə orta hesabla gün ərzində 2500 civarında sərnişin daxil olub.