“Metropark”ın sahiblərindən biri koronavirusdan vəfat etdi

Rusiyadakı məşhur “Akhmed Fruit Company” şirkətinin təsisçilərindən biri, Bakıda fəaliyyət göstərən “Metropark” ticarət evinin şəriki, tanınmış naxçıvanlı iş adamı Yavər Əsgərov bu gün Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə Y.Əsgərovun yaxınları məlumatlandırıb.

Bildirilir ki, ümumiyyətlə “Akhmed Fruit Company”nin işçiləri arasında da koronavirus yayılıb və müalicə alanların bəzilərinin vəziyyəti ağırdır.