Millət vəkili: “Azərbaycan dövləti növbəti dəfə nüfuzlu görüşə ev sahibliyi etdi”

“Qoşulmama Hərəkatının Bakıda baş tutan toplantısı uğurla başa çatdı. Azərbaycan dövləti növbəti dəfə nüfuzlu görüşə ev sahibliyi etdi. Toplantını ən yaddaqalan edən məqam isə Arərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı oldu”. Bu sözləri millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu çıxış Qoşulmama Hərəkatının toplantıları zamanı edilən ən möhtəşəm çıxışlardan biri kimi tarixə düşdü:
“Cənab Prezidentin Fransa ilə bağlı söylədiyi fikirlər tarixi faktlarda öz əksini tapdı. Bu faktların açıq şəkildə dilə gətirilməsi bir daha dəmir yumruq siyasətinin ortaya qoyulması bu toplantını daha da yaddaqalan etdi”.