Millət vəkili Baş nazirin muavini ilə görüşdü

 

01

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyə baş nazirinin müavini Bəkir Bozdağla görüşüb.

Xalq.az  xəbər verir ki, millət vəkili Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyəyə səfəri zamanı Baş nazirin müavini, Türkiyə hökumətinin Türkdilli Dövlətlərlə əlaqələr üzrə rəsmisi Bəkir Bozdağla görüşüb.
Boluda keçirilən Beynəlxaq Koroğlu festivalı çərçivəsində baş tutan görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ Azərbaycana səfərini böyük məmunluqla xatırlayaraq iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu söyləyib.

O, Azərbaycan prezidentinin seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsini də yüksək qiymətləndirdiklərini bildirib. Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib:

“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir”.

Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Dağlıq Qarabağ probleminin həllindəki rolunu və tutduğu mövqeninin yüksək qiymətləndirildiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasətindən əl şəkməməsi səbəbindən hələ də 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsi kimi ağır bir insanlıq faciəsinin dayandırılması, işğalın bitməsi istiqamətində qardaş Türkiyə ilə Azərbaycanın bundan sonra da birgə səylərini daha da gücləndirəcəyinə inandığını deyib. Boluda keçirilən Beynəlxalq Koroğlu festivalını və Türk dövlətlərinin bu tədbirdə iştirakının təmin edilməsini yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva inşallah bu cür tədbirləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz gözəl Dağlıq Qarabağda, Xocalıda, Şuşada və bütün ö gözəl bölgələrimizdə də keçirək deyib.