“Yük avtomobillərinin və avtobusların mühərrik həcminin, yanacaq sərfiyyatının daha böyük olmasını və işlətdiyi yanacağın da əsasən dizel yanacağı olmasını nəzərə alsaq, hesablamalara görə, onların atmosferə buraxdığı zərərli tullantıların həcmi, minik avtomobillərindən də çoxdur”.
Bunu deputat İltizam Yusifov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni dəyişikliyə əsasən, bu gün avtomobil ehtiyat hissələri bazarında xalq arasında “ölüxana” deyilən bir fəaliyyət növü rəsmiləşir: “Bu, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində atılan addım kimi yaxşı bir haldır. Lakin həmin ehtiyat hissələrinin yararlığını kim müəyyən edəcək, onların keyfiyyətinə kim təminat verəcək? Yararsız ehtiyat hissələri artıq açıq şəkildə satılaraq bazara daxil olacaq və bu da təhlükəsizlik baxımından çox risklidir. Yəni bu məsələlərə gələcəkdə aydınlıq gətirilməlidir”.