Millət vəkili gənclərlə bağlı çağırış etdi

Vətən müharibəsi iştirakçıları, qazilərimiz və canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş şəhidlərimiz yeni nəsil vətəndaşlarımız üçün nümunədir.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial hesabında yazıb

Millət vəkili bildirib ki, torpağı, ölkəni, xalqımızı necə sevməyi hər birimiz onlardan, onların şücaəti və qəhrəmanlıqlarından öyrənməli, ibrət götürməliyik.

Bu yolda gənclərlə Vətən müharibəsi qazilərimizin görüşlərinin təşkili təsirli vasitələrdən biridir.

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının təşəbbüsü ilə reallaşan belə tədbirlərdən birinin iştirakçısı oldum.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri və qazilərimiz qarşısında Vətən müharibəsinin parlaq nəticələrinin xalqımız və dövlətimiz üçün açdığı irimiqyaslı siyasi və iqtisadi perspektivlərdən danışdım.

Fürsətdən istifadə edib qəhrəman döyüşçülərimizə cansağlığı, gənclərimizə isə bacardıqca çox oxumalarını, bilik, bacarıq və savadlarını təkmilləşdirmələri üçün səylərini artırmalarını arzuladım.Tədbiri təşkil etdiklərinə görə partiyanın Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə və BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalova təşəkkür edirəm.