Millət vəkili hərbi hissədə

 

17

Qənirə Paşayeva yeni çapdan çıxmış “Hesab vaxtı” kitabının ilk nüsxələrini imzalayaraq Daxili Qoşunların əsgərlərinə hədiyyə edib. 

Millət vəkili Qənirə Paşayeva Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşüb. Millət vəkili əsgər və zabitlərlə söhbət edib və görüşün sonunda özünün yeni çapdan çıxmış “Hesab Vaxtı” kitabını imzalayaraq onlara hədiyyə edib. Silahlı Qüvvələrimizin gücləndiyini və bu gün Cənubi Qafqazda ən güclü ordu olduğunu deyən Q.Paşayeva bu cür görüşlərin yaxın zamanlarda Xankəndində, Xocalıda, Şuşada və Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edəcəyimiz bütün torpaqlarımızda da keçiriləcəyinə əminliyini ifadə edib, görüş iştirakçılarına cansağlığı və şərəfli xidmətlərində uğurlar arzulayıb.

O, əsgər toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikirlərini söylədikdən sonra “müəllifi olduğum kitablar siz dəyərli əsgər və hərbiçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram” deyib. Millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib. Əsgər və zabitlər hədiyyəyə görə millət vəkilinə təşəkkür ediblər.

1514

1312