Millət vəkili: “Hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur”

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov  bildirib ki, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur.
Millət vəkilinin sözlərinə görə, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var.
Millət vəkili bildirib ki, həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən Milli Məclisdə də gündəmə gətiriləcək.