Millət vəkili Jalə Əliyeva təltif olundu-Fotolar

 XALQ.AZ xəbər verir ki, Jalə Əliyeva Türkiyənin EkoAvrasiya İqtisadi Əməkdaşlıq Qurumunun fəxri diplomuyla təltif edildi.

“Azərbaycan-Türkiyə Könül Elçiləri” layihəsinə start verilib. Həsən bəy Zərdabi İrs Mərkəzinin və Türkiyənin nüfuzlu Avrasiya Ekonomik İlişkilər Dərnəyinin birgə ideyası olan bu layihə çərçivəsində Mərkəzin dəvəti ilə Azərbaycana gələn nümayəndə heyəti bu gün Milli Məclisdə olublar. Nümayəndə heyətinin rəhbəri Hikmət Eren və heyət üzvləri millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini, Həsən bəy Zərdabi İrsMərkəzinin həmtəsisçisi Jalə Əliyeva ilə görüşüblər. Görüşdə hər iki ölkənin tarixi dostluq və qardaşlıq əlaqələrindən bəhs edilib, Azərbaycan və Türkiyə münasibətlərinin dünəni və bu günü haqqında ətraflı fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə edilib, deputat Jalə Əliyevanın təmsil etdiyi Zərdab rayonu ilə Türkiyənin Karaman şəhərinin qardaşlaşması ilə bağlı gələcək planlara da toxunulub. Görüşdə Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi və sədri Seymur Bayramlı iştirak edib. Sonda millət vəkili Jalə Əliyevaya təşkilatın fəxri diplomu təqdim edilib.