Millət vəkili Prezidentə təşəkkür etdi

Milli Məclisin deputatı Elnur Allahverdiyev  Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Elnur Allahverdiyev  Prezident İlham Əliyevə təşəkkür edib.

 

Deputat bildirib ki, Dövlət başçısının fəaliyyətimi yüksək qiymətləndirərək məni bu medalla təltif etməsi Azərbaycan vətəndaşı və millət vəkili olaraq məndə hədsiz dərəcədə qürur hissləri yaradır. Numayiş etdirilən bu diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandanımız, Milli Məclisdə təmsil etdiyim Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm!