Millət vəkili Prezidentə təşəkkür etdi

Milli Məclisin deputatı Ülvi Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Ülvi Quliyev Prezident İlham Əliyevə təşəkkür edib

  • Deputat qeyd edib ki,“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın Xilaskarı-Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin Liderliyi ilə Xalqımıza və Dövlətimizə bundan sonra da yalnız Qələbələr gətirəcək.