Millət vəkili rektora təşəkkür etdi

 

03

Bu gün millət vəkili Qənirə Paşayeva Giresun Universitetinin rektoru Ayğın Attar və onun nümayəndə heyəti ilə görüş keçirib. Simsar.az xəbər verir ki, Atatürk mərkəzində baş tutan görüşdə çıxış edən millət vəkili Giresun Universitetinin və xüsusilə Aygün Attarın Azərbaycan gerçəkliklərini dünyaya çatdırılmasında oynadığı rolu xüsusi vurğulayıb. Bu fəaliyyətinə görə Q.Paşayeva rektora təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Aygün Attar mədəniyyətin və gerçəkliyin təbliğində göstərdiyi bütün səylərin təbii olduğunu qeyd edib. Onun sözlərinə görə o hər dəfə Azərbaycana gəldikdə vətənində olan inkişafı görərək sevinir. A.Attar, Qənirə xanımın da Giresun Universitetinə etdiyi səfərlərin həmin universitetdə təhsil alan gənclərin maariflənməsinə böyük təsiri olduğunu vurğulayıb.
Görüşün sonunda Q. Paşayeva A. Attara xidmətlərinə görə plaket Seyid Yəhya Bakuvinin “Qafqaz İslam Ordusu və Qarabağ” və özünün “Türk Dünyası” kitabını təqdim edib. Millət vəkili həmçinin universitetin kollektivinə də müxtəlif hədiyyələr verib.
Rektor da öz növbəsində millət vəkilinə muxtəlif hədiyyələr və Giresunun ən məhşur meyvəsi olan fındıq və fındıqdan hazırlanan müxtəlif məmulatlar hədiyyə edib. O Giresun fındığının dünyada ən gözəl fındıq olduğunu qeyd edib.
Qeyd edək ki, Giresun Universitetinin rektoru və nümayəndə heyəti ölkəmizə Türkiyə səfirliyinin dəvəti ilə gəliblər. Səfərdə məqsəd Azərbaycanın Rusiya qoşunlarından azad edilərək dövlətin paytaxtının Bakıya köçürülməsinin 95 illiyinə həsr olunan tədbirdə iştirak olub.