Millət vəkili Rüfət Quliyev şəhid və qazi ailələrinin qayğıları ilə maraqlandı

Milli Məclisin deputatı Rüfət Quliyev Lənkəranda şəhid ailələri və qazilərlə görüşüb.

 XALQ.AZ xəbər verir ki, görüş zamanı şəhid ailələrinin və qazilərin qayğıları müzakirə edilib. Deputat onların problemlərini dinləyib və həlli istiqamətində əməlli addımlar atıldığını diqqətə çatdırıb.

Bələ ki, müraciət edənlər bildiriblər ki, Urgə kəndinə 5 ildir ki su çəkilmir. Müraciətlər “Azərsu” ASC-nə olunsa da heç bir tədbir görülmür. Kəndin şəhidləri üçün inşa olunmuş bulaq bu gündə susuz qalıb.

Digər müraciətçilər Digah kəndinə qaz çəkilişi ilə bağlı olub. Millət vəkili Rüfət Quliyev müraciəti dərhal “Azəriqaz” İB rəhbərliyinə məlumat verib və 8 noyabr Qələbə gününə qədər qaz çəkilişi təmin olunacağına qərar verilib.

Görüş zamanı müraciətlər qeydə alınaraq lazımi orqanlara yönləndirilib bəzi məsələr yerindəcə öz həllini tapıb.

Rüfət Quliyev görüş zaman bildirib ki, “Qəhrəmanlıqları ilə dastan yazan, Vətənimizin bütövlüyü naminə canlarından keçmiş şəhidlərə borcumuz sonsuzdur. Onlara həm də ona görə borcluyuq ki, bizə gözəl, saf, ağıllı, vətənpərvər övladlar əmanət ediblər. Eyni zamanda, onları dünyaya gətirən, qəhrəman kimi yetişdirən və “Vətən sağ olsun!” deyib, öz balalarını Vətən yolunda qurban verən şəhidlərimizin ata-anaları qarşısında borcumuz var. Dərdlərinə şərik olmaq, qayğılarına qalmaq, təsəlli vermək bizim borcumuzdur. Həmçinin qazilərimizə sağlam yaşamalarını arzulayıb.

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.