Millət Vəkili Rüfət Quliyev seçiciləri ilə görüşdü.


Milli Məclisin deputatı Rüfət Quliyev təmsil etdiyi 73 saylı seçki dairəsində öz deputat qərargahında seçiciləri ilə görüşüb.
Lənkəranda güclü yağış yağmasına baxmayaraq seçicilər deputatları ilə görüşə aktiv şəkildə gəlmişdilər.İlk öncə seçicilərini Zəfər Bayramı və Bayraq Günü ilə bağlı təbrik edən Millət Vəkili qısa olaraq ötən dövr ərzində deputat qərargahının fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, Seçki dairəsi ərazisində qərargahın hər gün səhər saat 8.30-dan axşam saat 17.00 qədər açıq olması seçicilərin bir başa müraciət imkanlarını asanlaşdırır. Rüfət Quliyev ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xəttin mərkəzində Azərbaycan vətəndaşının dayandığını xatırladaraq, bu xəttin millət vəkilləri üçündə əsas strateji xəttin olduğunu xatırlatdı.
Daha sonra deputat qərargahının üzvləri sentyabr və oktyabr ayı üzrə daxil olan müraciətlər barədə məlumat verdilər. Qeyd etdilər ki, hər bir müraciət ayrılıqda ətraflı araşdırılıb və bir çox deputat sorğuları əsasında artıq həll edilib.
Daha sonra seçicilərlər dinlənildi. İlkin olaraq Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları və qaziləri dinlənildi. Qaziləri narahat edən məsələlər operativ və həssaslıqla araşdırıldı və bir neçəsinin məsələsi yerindəcə öz həllini tapdı. Əlavə araşdırılmaya ehtiyyac olan məsələlər isə qeydiyyata alınaraq, qərargah üzvlərinə müvafiq tapşırıqlar verildi.

Daha sonra görüşə gələn balıqçılarla onları narahat edən məsələ geniş və ətraflı şəkildə müzakirə edildi. Qeyd edildi ki, Lənkəranın bəzi qəsəbələrində balıqçılıq əsas təssarüfat hesab edilir. Ona görə onlarınarahat edən məsələlərin həlli üçün Millət Vəkili olaraq qanun çərçivəsində hər cür dəstək verilməsinə hazırdır.

Yaşlı ananın qaldırdığı məsələ isə Rüfət Quliyevin xüsusi olaraq qayğılandırdı. Yaşlı anaya xüsusi diqqət göstərən Millət Vəkili onu narahat edən məsələlərin həlli üçün bütün səylərin göstəriləcəyini dilə gətirdi.

Lənkəran seçiciləri aktiv fəaliyyət üçün Millət Vəkilinə təşəkkür etdi və bunan sonrada ölkə prezidenti İlham Əliyevin fəaliyyətinə dəstək göstərcəklətini və bunun alternativinin olmadığı qeyd etdilər.
Daha sonra seçicilərlə görüş çay masası arxasında diskisiya formasında davam etdi.