Millət vəkili seçicilərlə görüşdü

Milli Məclisin deputatı Nigar Arpadarai növbəyi dəfə seçicilərlə görüşdü.

XALQ.AZ-ın məlumatına görə,millət vəkili bildirib ki,Bakı günü-gündən böyüyür, genişlənir. Bir vaxtlar boş ərazilərdə vaxt keçdikcə əhali məskunlaşır və getdikcə böyük yaşayış massivlərinə çevrilir. Belə massivlərdən biri də Səbail rayonundakı Gülbala Əliyev küçəsi və onun ətraf əraziləridir. Son dövrlərdə burada yol inşa işləri, ictimai nəqliyyatın fəaliyyəti və ümumi abadlaşma işləri aparılmışdır. Lakin buna baxmayaraq şəhərin mərkəzi ilə belə ərazilər arasında fərq mövcuddur. Bu fərqi aradan qaldırmaq və vətəndaşlarımızın rahat həyat şəraitinin təşkili üçün infrastruktur inkişaf etdirilməli, planlı tədbirlər həyata keçirilməlidir.Bu gün qeyd etdiyim ünvanın sakinləri ilə görüşdük. Onları maraqlandıran mövzular haqda danışdıq, onların təklif və müraciətlərin dinlədik. Bütün məsələlərlə bağlı aidiyyəti qurumlara müraciətlər ünvanlanacaq.