Millət vəkili təkliflə çıxış etdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi olunub.

XALQ.AZ xəbər verir ki,komitə iclası zamanı Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək bildirib ki,   Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin əməkdaşlarının gəlirlərinin vergidən azad olunmasını təklif edib: “Bu gün Azərbaycanın xaricdə diplomatik nümayəndəliklərdən başqa mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Bu qanun layihəsi onlar üçün də tətbiq edilsə, yaxşı olar”. deyə millət vəkili qeyd edib.