Hüseynbala Mirələmovun oğlunun toyunda təriflər deyildi
Millət vəkili Hüseynbala Mirələmov oktyabrın 22-də Bakının ən bahalı restoranlardan sayılan “HOLLYWOOD”-da oğluna dəbdəbəli toy edib. Xalq.az əməkdaşının verdiyi məlumata görə toy mərasimində nazirlər,millət vəkilləri, generallar və xaricdən gələn ailə dostları iştirak ediblər. Toy mərasimi gec saatlara qədər davam edib. Belə ki, Bakının mərkəzi küçələrində oktyabrın 22-dən 23-nə keçən gecə dövlət rəsmilərinin xidməti və bır sıra vəzifəli şəxslərinin övladlarının avtomobilləri görünüb. Toy mərasimində Hüseynbala Mirələmovun və oğlunun ünvanına xoş sözlər və təriflər deyilib. Gec saatlara qədər davam toyda həmçinin tanınmış müğənnilər iştirak ediblər. Qeyd edək ki, Hüseynbala Mirələmov həmçinin YAP-nın Xətai rayon təşkilatının sədridır.
Allah xoşbəxt etsin, gənc ailəyə saadət dolu günlər arzulayırıq.