Millət vəkili Türkiyə nümayəndə heyəti ilə görüşüb

45

 

Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpoziumun iştirakçıları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin üzvləri ilə görüşüblər. Xalq.az- ın məlumatına görə, qonaqları salamyalan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva 2013-ilin UNESCO tərəfindən Seyid Yəhya Bakuvi ili elan olunması və il ərzində bir-birindən önəmli tədbirlərin keçirildiyini xatırladıb. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan mənəvi bağların Seyid Yəhya məktəbi vasitəsilə daha da möhkəmləndiyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycanda mövcud tolerantlığın qaynağı məhz Seyid Yəhya Bakuvi kimi dahilərin yaşatdığı məktəbin nəticəsidir. Azərbaycana səfər etməkdən və Türk-İslam Dünyasının və dünyanın böyük mütəfəkkiri S.Y.Bakuvinin vəfatının 550 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etməkdən məmnunluq duyduqlarını deyən Türkiyə nümayəndə heyətinin üzvləri bu cür tədbirlərin iki dövlət bir millət olan Azərbaycan ilə Türkiyə arasında mənəvi-mədəni əlaqələrinin daha da inkişafına öz töhfəsini verdiklərini deyiblər.