Millət vəkilindən şəhid ailələrinə dəstək-Fotolar

Deputat Vüqar İskəndərovun təşkilatçılığı, Şəkinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan dördünün övladlarının yüksək səviyyədə təhsil almaları, həmçinin fərdi inkişaflarında hansısa bir çətinliklə qarşılaşmamaları üçün onlara növbəti dəfə aylıq təqaüd verilib.

Şəhid övladlarının təhsil xərclərinin və digər zəruri xərclərin qarşılanması məqsədi ilə nəzərdə tutulan bu təqaüdün təqdim olunması zamanı deputat özü də iştirak edib. 8 mart Beynəlxalq Qadınlar gününə təsadüf edən bu təqdimetmə zamanı Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlarımızın analarına bir daha təşəkkür edilib və dövlətin diqqət və qayğısının daim üzərlərində olacağı onların diqqətinə  çatdırılıb.

Qeyd edək ki, hələlik aylıq təqaüd 4 ailə üçün nəzərdə tutulsa da, növbəti aylarda bu ailələrin sayının artırılması planlaşdırılır.

XALQ.AZ