Millət vəkilinin qızı hədələdi

24

Tanınmış bəstəkar Aygün Səmədzadə bəzi müğənniləri ittiham edərək, onları məhkəmə ilə hədələyib. Xalq.az-ın məlumatına görə, A.Səmədzadə ad çəkmədən müəlluif hüuqularına hörmət etməyən müğənnilər ismarıc ünvanlayıb:

”Mügənnilər, instrumental ifaçılar və sənətlərinin adını bilmədiyim digərləri… Müəlliflik hüquqlarımızı pozursuz! Mahnıları ifanızda, şəklinizi qoyub paylaşırsız, yalnız öz adınızı qeyd edirsiz. Camaat da dinləyib, sizə təriflər yazır, mahnılarda olan bütün üstünlükləri sizinlə baglayır. Sanki, bu mahnıları bəstəkar-şair yazmayıb, sizin repertuarınıza hansısa toyuq yumurtlayıb…
Zəhmət də olsa, nəhayət anlayın, bunu – icazəsiz hər hansısa müəllif əsərini ifa etmək və bu azmış kimi müəllifləri qeyd etmədən paylaşmaq təkcə tərbiyəsizlik deyil, hüquq pozuntusudur. Sizi bir-bir məhkəməyə verib böyük məbləg qazanmaq ehtimalımız da var… Bəlkə də mahnı almaq istərkən qanorar ödəmək sizə çətin oldugundan, halal haqqımızı sizdən bu yolla almagımızı istəyirsiz?”.

 

Xatırladak ki,Aygün Səmədzadə  Milli vəkili İqtisadi siyasət komitəsinin sədri  Ziyad Səmədazadənin qızıdır.