Millət vəkilləri şəhid jurnalistlərin ailələrini ziyarət etdi

Milli Məclisin deputatları Tamam Cəfərova və Jalə Əhmədova işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı ​ nəticəsində həlak olmuş Sirac Abışovun (AzTV-nin operatoru) və Məhərrəm İbrahimovun (AZƏRTAC-ın müxbiri) ailə üzvləri ilə görüşüblər.

XALQ.AZ xəbər verir ki, millət vəkilləri şəhid jurnalistlərin xatirəsini dərin ehtiramla yad edib, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlərini vurğulayıblar. Deputatlar, həmçinin, hər iki ailənin problemləri ilə yaxından maraqlanaraq, onlara hər cür mənəvi dəstək göstərməyə hazır olduqlarını bildiriblər.