Millət vəkilləri Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan konfransda

Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyası, AİDS-lə Mübarizə İctimai Birliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş konfrans keçirilib. XALQ.AZ xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov, Milli Məclisin deputatı Soltan Məmmədov tədbirdə iştirak ediblər. Konfransın məqsədi ölkəmizdə və dünyada İİV-lə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkmək olub.