Millət vəkillərimiz Koreyada

47

 

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

Xalq.az  AzərTAc-a istinadən xəbər verir ki, aprelin 9-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri Kanq Çanq-hi, onun müavini Park Byonq-sokun, Baş nazir Çunq Honq-von, ədliyyə naziri Hvanq Kyo-an, habelə Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Seul şəhərinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulmuşdur.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, Rüstəm Xəlilov, İmamverdi İsmayılov və Sədaqət Vəliyeva daxildir.