Milli komandada COVİD19 kütləvi yoluxma

Azərbaycan Güləş Federasiyasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.

XALQ.AZ-ın məlumatına görə, sərbəst güləş üzrə yığma komandanın məşqçi və idmançı heyətindən noyabr ayının 19-da test götürülüb. Testin nəticəsi isə ayın 20-də bəlli olub. 

Məşqçi və müəllim heyətinin  koronavirus testi müsbət çıxıb.

Pandemiya dövründə yalnız açıq havada məşqlərə icazə verilsə də komanda üzvləri karantin rejmini pozublar. Bu da komandada acınacaqlı vəziyyət yaradıb və kütləvi yoluxmaya səbəb olub. 

Bundan sonra şənbə günü üçün təyin olunan təlim-məşq prosesi də təxirə salınıb.

Əldə etdiyimiz digər məlunata görə noyabrın 23-də Yunan-Roma güləşi üzrə milli komandadan test götürüləcək.