Milli Məclis 20 məsələni gündəliyə saldı

Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə  Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.

“Parlamentin mayın 31-də keçriləcək iclası 2018-ci il yaz sessiyasının sonuncusu hesab edilir”.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.”Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişikliklər edilməsi barədə Konstitusiya qanununu layihəsi;

  1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

  2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi 3-cü oxunuşda;

  3. “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik;

  4. Torpaq Məcəlləsinə dəyişiklik;

  5. “Dövlət topaq kadastrı və torpaqların monitorinqi və yer quruluşu haqqında” qanuna dəyişiklik;

  6. “Notariat haqqında” qanuna dəyişiklik;

  7. “Banklar haqqında” qanuna dəyişiklik;

  8. “Poçt haqqında” qanuna dəyişiklik;

  9. “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik;

  10. “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

  11. “Bədən tərbiyyəsi və idman haqqında” qanuna dəyişiklik;

  12. “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

  13. “Qiymətli kağızlar haqqında” qanuna dəyişiklik;

  14. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

  15. “Lisenziyalar və icraələr haqqında” qanuna dəyişiklik;

  16. Torpaq Məcəlləsinə dəyişiklik;

  17. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

  18. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi;

  19. Azərbaycan Respublikasının  1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsul Nizamnaməsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi.

 

 

Orxan