Milli Məclis işə başladı

MM

Milli Məclisin payız sessiyası başlayıb.

XALQ.AZ-ın məlumatına görə, parlamentin payız sessiyasının ilk iclası başlayıb. İclası spiker Oqtay Əsədov açaraq deputatları sessiyanın başlaması münasibəti ilə təbrik edib.

O. Əsədov bildirib ki, Milli Məclis bu il ərzində 12 iclas keçirib, 131 qanun qəbul edib. 40-dan çox ölkədən 67 nümayəndə Milli Məclisdə iştirak edib.

Milli Məclisin xətti ilə 6 beynəlxalq təşkilatın forumlarına Azərbaycan ev sahibliyi edib. Bu sessiyada biz bir sıra qanun layihələrini müzakirə edəcəyik. Payız sesiyasında Milli Məclis Dövlət Büdcəsi zərfinə baxacaq və büdcəni müzakirə edəcək. “Büdcə zərfi artıq hazırlanıb, tezliklə Milli Məclisin komitələrində müzakirə olunacaq”.