Milli Məclisin oktyabrın 1-də ilk iclasıdır

 

56

Milli Məclisin payız sessiyası sentyabrın 15-də öz işinə başlayacaq.

Bu barədə azvision.az-a millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

Z.Oruc qeyd edib ki, sessiyanın ilk iclası oktyabrın 1-də olacaq. Lakin iclasın gündəliyi hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, payız sessiyasında parlamentin fəaliyyətini işıqlandırmaq istəyən KİV-lər sentybarın 15-dək akkreditasiyadan keçməlidirlər.