Milli Məclis referendumun nəticələrini təsdiqləyib

Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” layihə müzakirəyə çıxarılıb. XALQ.AZ xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasında keçirilən son referundumun nəticələri səsə qoyularaq ikinci səsvermə ilə təsdiqlənib.