Milli Məclis yeni qanun layihələri hazırlayıb

Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

XALQ.AZ xəbər verir ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Daxili qoşunlar haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Psixoloji yardım haqqında” yeni  qanun layihələrinin “Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı”na  daxil edilməsi gözlənilir.

Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək.

 

 

Orxan